Mayın 8-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında İnstitutun dissertantı Mirzəbəyova Jalə Saməddin qızının 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Milli iqtisadiyyatda insan amilindən istifadənin səmərəliliyinin artırılması” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı J.Mirzəbəyova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





