Bu tədqiqat Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlannda iqtisadi inkişaf və diversifikasiya səviyyəsini qiymətləndirmək məqsədi ilə ETN İqtisadiyyat İnstitutunda yerinə yetirilmişdir. Qiymətləndirmə müəlliflərin işləyib hazırladıqları Regional iqtisadi inkişaf və diversifikasiya indeksi əsasında aparılmışdır.
Bu tipli müqayisəli araşdırmalar ciddi praktik əhəmiyyətə malikdir. Onların nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının hazırlanması zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi inkişaf proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.
Tədqiqat Azərbaycanın bölgələri üzrə aparılsa da, təklif edilən yanaşma, prinsip etibarilə, universal səciyyəlidir və digər ölkələrdə də regionlararası qiymətləndirmələr aparılmasına imkan verir.





